Orxan Sadıqlı və Hacı Əhmədov lazım olmadılar
Zədəli olduğu üçün 21 yaşadək futbolçulardan ibarət yığmamızın heyətindən 2 futbolçu çıxarılıb. Bunlar “Qarabağ"ın yarımmüdafiəçisi Hacı Əhmədov və “Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlıdır.

Qeyd edək ki, avqustun 14-də, Bakı vaxtı ilə saat 21:00-da, Loveç şəhər stadionunda Bolqarıstan və Azərbaycan U-21-ləri arasında yoldaşlıq oyunu keçiriləcək.

Xəbər 1185 dəfə oxundu.