İki futbolçu millinin heyətindən kənarlaşdırıldı
Zədəli olduğu üçün 2 futbolçu - Hacı Əhmədov ("Qarabağ") və Orxan Sadıqlı ("Xəzər Lənkəran") 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətindən çıxarılıb.

Bu barədə xəbəri AFFA-nın rəsmi saytı yayıb.

Xatırladaq ki, avqustun 14-də, Bakı vaxtı ilə saat 21:00-da, Loveç şəhərindəki "Gradski" stadionunda 21 yaşadək futbolçulardan ibarət Bolqarıstan və Azərbaycan yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Xəbər 842 dəfə oxundu.