"Rəvan"da baş məşqçi dəyişikliyi
Mövsümün startında istədiyi nəticələri qazana bilməyən "Rəvan” klubu baş məşqçi dəyişikliyini həyata keçirib.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, ilk 2 turdakı məğlubiyyətlərdən sonra Ramil Əliyev istefa ərizəsini rəhbərliyə təqdim edib və bu rəhbərlik tərəfindən qəbul olunub.

Artıq onun boşaltdığı postu kimin tutacağı da dəqiqləşib. Klubun saytından verilən açıqlamada yeni baş məşqçinin Vladislav Qədirovun olduğu bildirilib.

Ancaq müqavilə müddəti barədə məlumat verilməyib.

Xəbər 905 dəfə oxundu.