UEFA "Fənərbaxça"nın cəzalandırılmasını tələb edir
UEFA Beynəlxaq Arbitraj məhkəməsindən (CAS) "Fənərbaxça"nın cəzasının təsdiqlənməsini tələb edib.

UEFA 2010-2011-ci illərdə bəzi danışılmış oyunlarda iştirak etdiyi bildirilən "Fənərbaxça" üçün şikayət ərizəsini artıq iyulun 26-da CAS-a göndərmişdi.

CAS-ın bu ərizəyə avqustun 9-u cavab verməsi gözlənilirdi.
Ancaq Beynəlxaq Arbitraj məhkəməsinin şikayət ərizəsinə 21 və 23 avqust tarixlərində İsveçrədə baxacağı məlum olub. Son qərarın isə avqustun 28-də açıqlanacağı bildirilib.

Qeyd edək ki, UEFA "Fənərbaxça"nın iki il Avropa kuboklarından uzaqlaşdırılması ilə bağlı qərar vermişdi. Ancaq bu qərar CAS tərəfindən dondurulmuşdu.

Xəbər 830 dəfə oxundu.