Qadın güləşçilərimiz Polşadan 1 qızıl və 1 bürünclə qayıdır
Avqustun 10-11-də Polşanın Spala şəhərində qadın güləşi üzrə “Poland Open” 17-ci beynəlxalq turnir keçirilib.

Baş məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında turnirdə 6 güləşçimiz iştirak edib. Güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanaraq komanda hesabında beşinci olub.

67 kq-da mübarizə aparan Gözəl Zutova keçirdiyi bütün görüşləri qələbə ilə başa vurub. Almaniya təmsilçisi Alien Foceken, Polşa güləşçisi Daria Osocka və Rusiya idmançısı Anastasiya Şçavlinskaya üzərində inamlı qələbə qazanan Gözəl Zutova turnirin qızıl medalına sahib olub.

Mübarizəyə qazax Dquliya Satimbekova üzərində qələbə ilə başlayan Yuliya Ratkeviç (59 kq) macar Marianna Sastinə məğlub olsa da, rəqibin finala yüksəlməsi ona medal şansı verib. Təsəlliverici görüşdə Tunis təmsilçisi Marva Amrini, həlledici görüşdə isə Kanada güləşçisi Katleen Kenti üstələyən Yuliya Ratkeviç turnirin bürünc medalını qazanıb.

Xəbər 1225 dəfə oxundu.