Binəqədidə futbol turniri keçirilib
İyulun 6-da Binəqədi rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Mənzil Kommunal İstismar Sahələri (MKİS) arasında məhəllələrarası futbol turniri keçirilib.

AzFAR MMC – nin stadionunda təşkil olunan birincilikdə 11-12 yaşlı yeniyetmələr iştirak ediblər.

8 komanda arasında keçirilən yarışda hər komandanın heyətində 12 oyunçu qüvvəsini sınayıb.

Yekun nəticəyə görə,80 saylı MKİS – in 1 saylı komandası birinciyə, 92 saylı MKİS ikinciyə, 80 saylı MKİS – in 2 saylı komandası üçüncü yerə layiq görülüblər.

Xəbər 2020 dəfə oxundu.