"Qalatasaray" Türkiyə superkubokunu qazandı
Bu gün 2012/13 mövsümü üçün Türkiyə superkubokunun qalibi bəlli olub.

Çempion "Qalatasaray" ölkə kubokunun sahibi "Fənərbaxça" ilə üz-üzə gəlib.

Oyun "Qalatasaray"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə "cim-bom" tarixində 13-cü dəfə superkubokun sahibi olub.

11 avqust

Türkiyə Superkuboku

22:30."Qalatasaray" - "Fənərbaxça" 1:0
Qol: Droqba, 99 (1:0)
Qırmızı vərəqə: Bruno Alveş, 62 ("Fənərbaxça")

Xəbər 860 dəfə oxundu.