«Barsa» və «Real»ı cəza gözləyir
Avrokomissiyanın qərarına görə, «Barselona» və «Real» yaxın vaxtlarda özlərinin xüsusi klub statusundan məhrum edilə bilərlər. Bu statusa görə, klubları seçilən prezident vasitəsilə azarkeşlər idarə edir və indiki qərarın nəticəsində onlar açıq tipli məhdud məsuliyyətli şirkət olacaqlar.

4 illik təhqiqatların nəticələrinə əsasən, Avrokomissiya bu iki nəhəngin xümumi statusunun onlara qeyri-leqal şəkildə dövlət dəstəyi almağa imkan yaradır.

1990-cı ildə İspaniya hökuməti ölkədə «Real», «Barselona», «Atletiko» və «Osasuna»dan başqa bütün komandaların məhdud məsuliyyətli şirkət olması barədə qərar verib. 4 sadalanan klub öz növbəsində bununla əlaqədar vergi ödənişində və bir sıra digər aspektlərdə xüsusi imtiyazlara malik idi.

Xəbər 951 dəfə oxundu.