«Hamburq» Dərdiyoxu ala bilər
«Hoffenhaym»ın isveçrəli forvardı Ərən Dərdiyox komandasını dəyişmək istəyir. «Bild» xatırladır ki, futbolçu bir il öncə «Bayer»dən «Hoffenhaym»a keçib. Klubunda 19 oyuna isveçrəli cəmi bir qol vura bilib. 25 yaşlı futbolçu indi 5 milyon avroya «Hamburq»a keçə bilər. O, maaşının aşağı düşməsinə də razıdı. Baxmayaraq ki, Derdiyokun başqa keçid variantları da var. Məsələn, onunla Xarkov «Metallist»i də maraqlanır.

Xəbər 892 dəfə oxundu.