İsveç futbolçuları "Qarabağ"ı "böyük rəqib" adlandırdı
Skandinaviyalı müdafiəçi Almeyda və Reynaldu barədə nə dedi?

"Qarabağ"ımızın Avroliqanın 3-cü təsnifat mərhələsində "Gefle" klubu üzərində rahat qələbəsindən sonra, İsveç mətbuatı maraqlı xəbər başlıqları ilə çıxış edib. Bəzi qəzetlərə müsahibələrində, futbolçular "Qarabağ"ı "böyük rəqib" adlandırıb. Bəzi jurnalistlər isə "İsveç futbolunun qara gecəsi" ifadəsini işlədib.

8 avqust "Gefle" - "Qarabağ" (0:2) qarşılaşmasından sonra, İsveçin bir neçə milyon oxucusu olan "Aftonbladet" qəzeti çox maraqlı bir başlıqla, ("İsveç futbolunun qara gecəsi") çıxış edib. 2013-2014 mövsümün bütün İsveç klublarının məğlubiyyət acısını daddığını yazan qəzet, maçtdan əvvəl "Gefle"nin ev oyununda "geriyə dönüş" edə biləcəyi ümidlərinin doğrulmadığını da qeyd edib.

"Gefle" klubunun oyunçusu David Fallman "Gevle Dagbladet" qəzetinə danışarkən, "Qarabağ" klubunun çox güclü rəqib, müdafiədən hücuma onlarla müqaisə edilməyəcək qədər bacarıqlı futbolçulara malik olduğunu deyib:

- Rəqibimizi qarşıda çox güclü komandalar gözləyir. "Qarabağ"ın bugünkü oyunu, onların ən güclülərlə də mübarizə apara bilmək qabliyyətlərinin olduğunu söyləməmizə əsas verir.

Reynaldunun topla oynamaistedadından bəhs edən Fallman, "ilk oyunda Almeyda, indi isə Reynaldu bizə daim təhlükə hiss etdirdilər. Hər iki oyunçu İsveç çempionatında çıxış etsəydilər, ən yaxşı oyunçular siyahısında, ilk üç yeri bölüşdürərdilər" deyə, - qeyd edib.

Mansur Dadaşov, Stokholm
Xüsusi olaraq idman.com.az üçün

Xəbər 1119 dəfə oxundu.