“Neftçala” ilə oyunun hazırlıqları başladı
İlk yoldaşlıq matçında böyükhesablı qələbəni bayram edən “Araz” avqustun 13-də qarşılaşacağı “Neftçala” görüşünün hazırlıqlarını davam etdirir. İdman.com.az saytı xəbər verir ki, Əsgər Abdullayevin komandası bu dəfə hazırlıqlarını Şərur Olimpiya İdman Kompleksində yox, matçın oynanılacağı İbrahimxəlil Axundlu adına şəhər stadionunda keçirir.

Məlum olduğu kimi, bir müddət öncə təmirə bağlanan stadionda artıq son tamamlama işləri gedir. Bundan “istifadə edən” “qırmızı-ağlar” ilk dəfə arenada məşqə çıxıblar. Şərurdan Naxçıvana “köç edən” “Araz” İ.Axundlu adına stadionun ot örtüyünün ideal vəziyyətdə olmasından məmnun qalıb və “Neftçala” ilə keçirəcəkləri yoldaşlıq görüşün hazırlıqlarını yüksək əhval-ruhiyyə ilə davam etdirib.

Qeyd edək ki, avqustun 13də keçiriləcək oyun saatı 19:00-da başlayacaq.

Xəbər 1117 dəfə oxundu.