«Qarabağ»dan Ramazan təbriki!
Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçları keçirilir. İdman.com.az saytı xəbər verir ki, Azərbaycan futbolsevərlərinin bütün diqqəti bir məkana - İsveçə yönəlib; bu turdakı yeganə təmsilçimiz “Qarabağ” cavab görüşündə yerli “Gefle” klubu ilə qarşılaşıb.

Bakıda 1:0 hesab ilə qalib gəlmiş matçda üstün oyün nümayiş etdirən Ağdam təmsilçisi, səfərdə də təşübbüsü əlində saxlayıb. Bunun nəticəsi kimi, rəqibin qapısından daha 2 top vuran “Qarabağ” növbəti mərhələyə adlamaqla yanaşı, müqqəddəs Ramazan bayramında Azərbaycan xalqına xoş ovqat bəxş edib.

Avropa Liqası
8 avqust, III təsnifat mərhələsi
Cavab matçı

22:00. “Gefle” (İsveç) – “Qarabağ” (Azərbaycan)- 0:2
Qol: Çumbinyu, 41, Reynaldu da Silva, 50
ilk oyun - 0:1

Xəbər 1059 dəfə oxundu.