“Araz” iftar süfrəsi açdı
Yeni yaranmasına baxmayaraq, “Araz” klubu milli və dini dəyərlərimizə hörmətlə yanaşır. Bu niyyətlə komanda rəhbərliyi müqəddəs Ramazan ayında iftar süfrəsi açıb. İftar mərasimində Naxçıvan MR Gənclər və İdman Naziri Azad Cabbarov, “Araz” rəhbərliyi, məşqçilər korpusu və futbolçular iştirak ediblər. Məclisdə şəhidlərimizin ruhuna dualar oxunmuş, müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səsləndirilib.

Xəbər 1180 dəfə oxundu.