Fatih Terim superkubok oyununa çıxmayacaq

"Qalatasaray" klubu avqustun 11-i keçiriləcək Türkiyə superkubokunda "Fənərbaxça" ilə matça baş məşqçi Fatih Terimsiz çıxacaq.

Ötən mövsüm "Mersin İdmanyurdu" ilə qarşılaşmada hakime narazılığını bildriyi üçün 9 oyun cəza alan təcrübəli mütəxəssisin hələ 3 oyunluq cəzası qalıb. Məhz bu səbəbdən də baş məşqçi komandasını meydana çıxara bilməyəcək.

Terimin əvəzinə sözügedən qarşılaşmada "Qalatasaray"ı oyuna köməkçi məşqçisi Ümit Davala çıxaracaq.

Xəbər 895 dəfə oxundu.