Tahir Gözəl "Qarabağ"ı tək qoymadı
Daim "Qarabağ"ın yanında olan klubun vitse-prezindenti Tahir Gözəl bu dəfə də ənənəsinə sadiq qalıb.

İdmna.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, sabah Avroliqanın III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Gefle"nin qonağı olacaq komanda artıq İsveçdədir.

T.Gözəl də komandanın yanında olduğunun əyani nümayişi kimi komandayla birlikdə Sundsvala uçub. Tahir bəy oyunun keçiriləcəyi "Norrporten Arena"ya baş çəkib. Komandadan daha öncə stadiona gələn vitse-prezident klubla ətraflı maraqlandığını və futbolçulara inandığını göstərib.

Qeyd edək ki, "Gefle" - "Qarabağ" oyunu sabah, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xəbər 1054 dəfə oxundu.