Portuqaliya millisinin futbolçusu "Valensiya"da | |
Yeni mövsümə hazırlığını davam etdirən "Valensiya" klubu növbəti transferini gerçəkləşdirib. "Yarasalar" "Saraqoza"nın futbolçusu Elder Poştiqanı transfer edib. Portuqaliya millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb. Bu transfer "Valensiya"ya 3 milyon avroya başa gəlib. Poştiqa uğurlu çıxış edəcəyi təqdirdə "Saraqoza" əlavə olaraq 20 faiz bonus gəlir əldə edəcək. Qeyd edək ki, 2011-ci ildən "Saraqoza"da çıxış edən 31 yaşlı futbolçu keçirdiyi 70 oyunda 23 qola imza atıb. |
|
Xəbər 922 dəfə oxundu. |
|
|