Azərbaycan - Makedoniya matçı canlı yayımlanacaq

Azərbaycan və Makedoniya milli futbol komandaları arasında keçiriləcək yoldaşlıq oyunu canlı yayımlanacaq. İdman.com.az xəbər verir ki, avqustun 10-da baş tutacaq qarşılaşma “İdman Azərbaycan” kanalı ilə nümayiş olunacaq. “Dalğa Arena”dakı matçın yayımı “AccessBank”ın sponsorluğu ilə gerçəkləşəcək. Matç saat 20:00-da başlayacaq.

Xəbər 1656 dəfə oxundu.