Messi, Ronaldo və ya Riberi
UEFA-nın hər il təşkil etdiyi "Avropada ilin futbolçusu" mükafatına ən yaxşı üç namizədin adı məlum olub.

Bu il "Barselona"dan Lionel Messi, Madrid "Real"ından Kriştiano Ronaldo və "Bavariya"dan Frənk Riberi ən yaxşı olmaq uğrunda yarışacaq.

Bu üç nəfərdən hansının ilin futbolçusu olması isə Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkünün keçiriləcəyi avqustun 29-da canlı səsvermə ilə bəlli olacaq.

Qeyd edək ki, əvvəlcə on futbolçunun yer aldığı siyahıda ilk üçlükdən sonra ən çox səs toplayan "Borussiya"dan Robert Levandovski (80 səs) dördüncü, "Bavariya"dan Aryen Robben (55 səs) isə beşinci olub.

Xəbər 905 dəfə oxundu.