Beyl transferi ətrafında düşüncələr
«Liverpul»un baş məşqçisi Brendan Rocers forvard Luis Suaresin «Tottenhem»in yarımmüdafiəçisi Qaret Beyldən aşağı dəyərdə olmadığını deyir: «Hər futbolçunun öz dəyəri var. Onu müəyyənləşdirmək üçün bazara baxmaq kifayətdi. Beyl üçün 100 milyon funt təklif edirlər. Beyl və Suares ötən mövsüm Premyer Liqada ən yaxşı oyunçular idilər. Buna görə də uelsli iki dəfə baha ola bilməz. Biz etdiklərimizdə tam əminik və komandanı da heç kəs tərk etməyəcək. Sözsüz ki, futbolçuların diqqətlərini tam olaraq komandanın oyunlarına cəmləmələrini istəyirik».
İndi görəsən, Rocers Beylin qiymətinin şişirdildiyini düşünür, yoxsa, Suaersin dəyərinin indii üzərində olandan yüksək olduğunu. Üsusiyyətlə, Bey lbu pullara dəyirmi?

Ola bilsin ki, Florentino Peres elə indicə Londonun ən bahalı otellərindən birində oturur və sənin, mənim maaşımiz dəyərində mineral sudan içərək «Tottenhem»in nümayəndələri ilə Qaret Beylin neçəyə başa gələcəyini müzakirə edir. İspan qəzetləri yazırlar ki, klublar artıq razılığa gəliblər və bunu istənilən an təsdiqləyə bilərlər. Ancaq işin belə asan olacağına inanmaq olmur. Axı, «Tottenhem»in maraqlarını Pereslə danışıqlarda Deniel Levi qoruyur. Levi ilə danışıqlar isə əsl əzabdı. «Tottenhem»in rəhbəri son illər bir əfsanəvi fiqura çevrilib: onu ingilis futbolunun Kayzer Sozesi adlandırırlar. Həm də deyirlər ki, o, cəhənnəmin özündən gəlib. «Totttenhem»in keçmiş forvardı Mido bu yaxınlarda Levinin onu – tanınmış adamı, milyonçunu necə büdcə aviaşirkəti «EasiJet»in ucuz reysinə əyləşdirdiyini danışmışdı. Gülməlidi, lakin indi Levinin qənaətcilliyini xatırlamağın yeri deyil. İndi onun öz ulduzlarını necə satmalarını xatırlamağın vaxtıdı. O, qarşı tərəflərin əsəblərilə oynayaraq, hər funtu onlardan dartır. Bu da 100 milyon və yeni transfer rekordu. Peres axmaq deyil, o, kiminlə iş gördüyünü yaxşı bilir və anlayır ki, hər şey hələ yeni başlayır.

İdman.com.az saytı xəbər verir ki, futbolçuları küt, tənbəl və varlı saymaq bir çox ölkəyə xasdı. Başqalarının cibindəki pulları saymaq, əlbəttə ki, maraqlıdı. Ancaq bu, peşəkar futbolçunun karyerasının necə kövrək olduğunu unutmağa əsas vermir. Onu zədə də sındıra bilər, uğursuz keçid də. Dünyanın ən yaxşı oyunçusu kökələ bilər, depressiyaya düşə bilər, ya da ki, öz istedadını naməlum bir səbəbdən itirə bilər.
Beylin də istedadı elə böyükdü ki, onun da yolunu belə amillərin kəsə biləcəyini düşünmək belə dəhşətlidi. Qəribədi, bəzən London kimi şəhərdə ucqar əyalət kimi olur. Bu insanda qüvvənin, sağlamlığın, inamın dərəcəsini görəndə onu mükafatsız, heç olmasa bir «Qızıl top»suz qalacağını təsəvvür etmək çətindi. Bu səbəbdən də «Real»a transferin mümkün qədər tez baş verməsi daha yaxşı olardı.

Hər çempion yürüşü futbolçunu qəhrəmana çevirə bilər, hər Çempionlar Liqası mövsümü də azarkeşlərin bütünə. «Real»da Beylin «Kamp Nou»nu el-klassikoda həlledici qolla susdurmaq imkanı olacaq, madridlilərin titulu qaytara biləcəyi mövsümdə bütün dünyaya parlaya biləcək, Çempionlar Liqasını qazanaraq, Avropa futbolunun əsas mükafatındakı əllərin onun qulaqlarına necə bənzədiyi barədə tvitterdə minlərlə axmaq zarafatlara səbəb olacaq. Beylin 2014-cü ilin mayında «Tottenhem»lə maksimum əldə edə biləcəyi Premyer Liqanı qazana bilməsi di. Bu da əvvəlki üç variantan daha az inandırıcı görünür. Beylin ötən mövsümdəki oyununu görənlər qeyd olunan məbləğin hələ az da olduğunu söyləyə bilərlər. Bir futbolçuya 100 milyonun xərclənməsinin də mənəviyyatsız addım olduğunu söyləyirlər. Ancaq futbolçunun böyük istedadını imkanları üçün məhdud olan komandada məhv etmək daha da mənəviyyatsız bir addımdı.
Bu transferi təxirə salmaq olmaz, bu, baş verməlidi. Bu, hər kəs üçün yaxşı olacaq. Beyl artıq ardıcıl iki Çempionlar Liqasını buraxıb. Artıq bəsdi. «Tottenhem»in hazırkı məqsədi Çempionlar Liqasında möhkəmlənməkdi. 100 milyon kluba bir futbolçudan daha faydalı ola bilər. Hətta söhbət dünyanın ən yaxşı futbolçularından birindən gedirsə.

Florentino Peres ulduzlar kolleksiyası toplayarkən çox göz yaşlarına, qəlblərin parçalanmasına səbəb olub. Bunu o, «Barselona»dan Fiqunu, «Yuventus»dan Zidanı, «Mançester Yunayted»dən Ronaldonu apararkən də edib. Çoxları Beyl transferinin Neymarın «Barselona»ya keçidi ilə ağlı başından çıxan Peresin şöhrətpərəstliyinin növbəti təzahürü olduğunu söyləyir. Ancaq bu keçid ilk növbədə futbolçunun özü üçün vacibdi. «Real» da, «Tottenhem» də bu işdən öz faydalarını götürəcəklər.

Xəbər 1397 dəfə oxundu.