Şvaynştayger Mançesterə yollana bilər
«Bavariya»nın yarımmüdafiəçisi Bastian Şvaynştayger «Mançester Yunayted»in maraq dairəsinə düşüb. İdman.com.az saytı xəbər verir ki, manukiyalılar Sesk Fabreqasın transferində razılığa gələ bilmədilər.

İndi onlar diqqəti Bastianın üzərinə yönəldiblər. Almaniyada Şvaynştaygerin münhenlilərin yeni oyun sxeminə uyğun gəlməməsini ciddi söyləyirlər.
«Sunday Mirror»un yazdığına görə, futbolçu klubunu dəyişməyə hazırdı və İngiltərəyə köçməyə müsbət baxır.

Xəbər 1000 dəfə oxundu.