«Atletiko»nun gənc türk ulduzu Rizəde
Türkiyə Superliqasının yeni klublarından «Çaykur Rizəspor» Madrid «Atletiko»sunun «B» komandasının oyunçusu Cenk Güvənçlə 2 illik müqaviləni razılaşdırıb.

İdman.com.az saytı xəbər verir ki, klubun mətbuat katibi Aykut Ferah yazılı açıqlamasında baş məşqçi Rza Çalımbayın istəyi istiqamətində transfer işlərinin davam etdiyini deyib:

«Transfer işləri çərçivəsində Türkiyə gənclər millisinin üzvü, Madrid «Atletiko»sunun B komandasının oyunçusu Cenk Güvənçlə bütün məsələlərə aydınlıq gətirilib və onunla iki illik müqavilə təmin edilib». Ferah, futbolçu ilə imza mərasiminin sabah Rizedə həyata keçiriləcəyini qeyd edib.

Xəbər 1099 dəfə oxundu.