Mourinyo: "David Luiz "Çelsi"də qalacaq"
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo son zamanlar adı "Barselona" ilə hallanan futbolçusu David Luizin klubda qalıb-qalmayacağına aydınlıq gətirib.

Portuqaliyalı mütəxəssis braziliyalı müdafiəçinin komandadan getməyəcəyini deyib.

"Luiz özünə çox inanan biridir. Düzdür, müdafiədə daha yaxşı olması üçün çalışmalıdır. Buna da kömək etmək mənim borcumdur. Luiz buradan ayrılmayacaq" - deyə Mourinyo bildirib.

Qeyd edək ki, "Barselona"nın futbolçu üçün 50 milyon avro verməyə hazır olduğu iddia edilirdi.

Xəbər 889 dəfə oxundu.