"Mourinyonun getməsi "El Klassiko"ya təsir göstərməyəcək"
"Barselona"nın müdafiəçisi Xerard Pike komanda yoldaşı Lionel Messi haqda xoş sözlər deyib.

İspaniyalı futbolçu Messinin "Barselona" üçün vacib oyunçu olduğunu bildirib:

"Messi öz üzərində işləməyə davam edir. "Leo" artıq öz məqsədinə çatıb və növbəti mövsüm daha da yaxşı olacaq. Messi "Barselona"da vacib rol oynayır və buna görə də dünyanın ən yaxşı futbolçusudur. Mourinyonun "Çelsi"yə getməsinə gəlincə düşünürəm ki, bu, "El Klassiko"ya təsir göstərməyəcək".

Xəbər 1004 dəfə oxundu.