Səlcuk Yula vəfat etdi
Türkiyənin "Fənərbaxça" klubunun əfsanəvi futbolçularından biri olan Selçuk Yula dünyasını dəyişib.

Özünü pis hiss etdiyi üçün xəstəxanaya aparılan 53 yaşlı veteran futbolçunun həyatını xilas etmək mümkün olmayıb. S.Yulanın ölümünün səbəbi barədə isə hələlik açıqlama verilməyib.

1959-cu ildə Ankarada dünyaya gələn Yula "Fənərbaxça"dakı uğuru və qolları ilə bütün futbolsevərlərin rəğbətini qazanmışdı. Futbola "Şekerspor"da başlayan türkiyəli mütəxəssis 1979-1986-ci illərdə "Fənər"in formasını geyib. Daha sonra Almaniyada "Veiss Berlin, "Sarıyer" klublarında oynayıb. Yula futbolçu karyerasını bitirmədən öncə "Qalatasaray"ın da (1991-92) formasını geyib. O, həm də futbol şərhçisi idi.

Qeyd edək ki, S.Yula "Topaz" şirkətii ilə əməkdaşlıq edirdi. O, son illər bu şirkətin dəvəti ilə bir neçə dəfə Azərbaycanda olmuşdu.

Allah rəhmət eləsin!

Xəbər 868 dəfə oxundu.