“Qarabağ” sərfəli nəticəni qoruya bilmədi

Avroliqada III təsnifat mərhələsinin ilk oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, turnirdəki yeganə təmsilçimiz “Qarabağ” Belçikanın ən titullu komandalarından sayılan “Brügge”nin qonağı olub. “Yan Bleydels” stadionunda baş tutan qarşılaşmada rəqib qapımızdan 4 top keçirib. Ağdam təmsilçisi bu qollardan yalnız birinin əvəzini çıxa bilib – 1:4. Hesab 0:2 olarkən, komandamızdan Rauf Əliyev fərqi azaldıb.
Qeyd edək ki, cavab matçı avqustun 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər 1134 dəfə oxundu.