“Mançester Yunayted”dən “Çelsi”yə zərbə
“Mançester Yunayted” hücumçu Ueyn Runini “Çelsi”yə satmaqdan vaz keçib. “Qırmızı şeytanlar” London klubunun 25 milyon funt sterlinqlik təklifinə “yox” deyib. Qeyd edək ki, 27 yaşlı ingilis futbolçu 2012/2013 mövsümündə Premyer Liqa və Çempionlar Liqasında keçirdiyi 33 oyunda 13 qolun və 13 məhsuldar ötürmənin müəllifi olub.

Xəbər 865 dəfə oxundu.