Malta yığmasının Bakıya gələcək heyəti açıqlandı
Avqustun 14-də millimizlə yoldaşlıq görüşü keçirəcək Malta yığmasının heyəti açıqlanıb. Cırtdan ölkə təmsilçisi Azərbaycana 23 futbolçu ilə gələcək.

Qapıçılar: Henri Bonello, Qlenn Zammit (hər ikisi “Slima”), Justin Haber (Birkirkara), Nikki Vella (Tarxien);

Müdafiəçilər: Andre Agius (“Sassari Torres”, İtaliya), Yakob Borq, Justin Qrioli (hər ikisi “Balzan”) Rayan Kamilleri, Kleyton Failla (hər ikisi “Hibetnians”), Klifford Qatt Baldaçino, Mark Scerri (hər ikisi “Slima”);

Yarımmüdafiəçilər: Şon Bajada, Rayan Feneç, Roderik Briffa (hamısı “Valletta”), Pol Feneç, Edvard Herrera, Roven Muskat, Qaret Skiberras (hamısı “Birkirkara”);

Hücumçular: Mihael Mifsud (klubsuz), Endryu Kohen (Hibernians), Con Mintoff ( “Slima”), Andre Şembri (“Omoniya”, Kipr), Terens Vella (“Birkirkara”)

Xəbər 861 dəfə oxundu.