Futbolçu 1-ci dəqiqədə meydandan qovuldu
Avstriyanın “Rapid” klubunun futbolçusu Maksimilian Hofmann “Şturm”la ölkə çempionatı matçında meydana çıxdıqdan 1 dəqiqə sonra qırmızı vərəqə alıb.

19 yaşlı Hofmann “Rapid”in əsas heyətində debüt matçındaca meydandan qovulub.

O, “Şturm”la qarşılaşmada start heyətində yer alıb. 1-ci dəqiqədə rəqib komanda sürətli hücum qurub. Bu zaman Hofmann “Rapid”in cərimə meydançasında hücumçu Robert Beriçə qarşı kobud oynayıb.

Müdafiəçi qırmızı vərəqə alıb, komandasının qapısına isə penalti təyin olunub. Nikola Vuyadinoviç bu imkanı qaçırmayıb. Amma oyunu azlıqda keçirməsinə baxmayaraq, “Rapid” 4:2 hesablı qələbə qazanıb.

Lent.az


Xəbər 861 dəfə oxundu.