"Fənərbaxça" ciddi itki ilə üzləşdi
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu axşam doğma meydanda "Zalsburq"la qarşılaşacaq "Fənərbaxça" klubu ciddi itki ilə üzləşib.

Komandanın aparıcı futbolçularından olan Əmrə Bəlözoğlu zədə səbəbindən "Zalsburq"la matçı buraxacaq.

Əmrə ilə yanaşı, Mehmet Topal, Raul Meyreleş və Pier Vebonun da bu axşamkı görüşdə forma geyinməsi sual altındadır. Lakin baş məşqçi Ərsun Yanalın zərurət olacağı təqdirdə bu üç futbolçunu oynadacağı istisna edilmir. Lakin Əmrənin "Zalsburq"la oyunda iştirak etməyəcəyi artıq dəqiqləşib.

Qeyd edək ki, "Fənərbaxça" - "Zalsburq" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bu komandalar arasında baş tutan ilk görüş 1:1 hesabı ilə nəticələnmişdi.

Xəbər 846 dəfə oxundu.