Emenikenin meneceri qəti danışmadı
«Fənərbağça»da gözlər Emmanuel Emenikenin üzərindədi. Komandanın transfer siyahısının ön sırasında duran nigeriyalı futbolçunun meneceri son vəziyyəti izah edib. Rus mətbuatına danışan menecer bu sözləri söyləyib: «Hələ ki, «Emenike «Fənərbağça»dadı» deyə bilmərəm». Menecer türklərin bu transferi reallaşdırmağa böyük səy göstərdiklərini, ancaq hələ ki, iki klubun – «Fənərbağça» ilə «Spartak»ın razılığa gəlmədiklərini söyləyib.

İdman.com.az saytı xəbər verir ki, Emenike isə İstanbula gəlməyə böyük həvəsini açıqlayır: «Karyeramdakı ən böyük xəyalim «Fənərbağça» formasını geyinərək Şükrü Saracoğlu stadonunda oynamaqdı. Hələ «Karabük»də oynayarkən «bir gün «Fənərbağça formasını geyinəcəyəm» deyə düşünmüşdüm».
Emenikenin komandası «Spartak» öz növbəsində «Fənərbağça»nın maraq dairəsində olduğu paraqvaylı Oskar Kardozoya diqqət yönəldib. Moskvalıların keçmiş oyunçusu Aleksandr Mostovoy bu sözləri deyib:

«Kardozo adını Avropada tanıtmış bir futbolçudu. Meydanda yaxşı oyun göstərə bilir, texnikası yüksəkdi, cərimə meydançasında mükəmməl oynayır. Kardozo peşəkar futbol üçün ən ideal yaşındadı. 30 yahlı futbolçular gənclərdən daha yaxşı səy göstərirlər. Kardozo «Spartak»ın hücum xəttini çox gücləndirər. O gələrsə, Emenikenin getməsinə bir problem olmaz. Əsas məsələ Kardozonun «Spartak»a nə qədər vaxta alışacağıdır».

Xəbər 949 dəfə oxundu.