Aysal gələcək məşqçininin adını açıqladı
«Qalatasaray»ın prezidenti Ünal Aysal Londonda jurnalistlərin suallarını cavablandırıb. Aysal «Atletiko» cəbhəsiylə danışdığını və qalan müddətdə Arda Turan transferinin reallaşmasının böyük sürpriz olacağını açıqlayarkən, Didye Droqba ilə əlaqədar olaraq da fərqli bir açıqlama verib. İdman.com.az saytı xəbər verir ki, komandanın Çempionlar Liqasındakı hədəfləri ilə bağlı o bunları söyləyib:

«Çempionlar Liqası üçün hədəf qoyarkən bir az real olmaq lazımdı. Geridə buraxdığımız mövsüm əldə etdiyimiz uğur təxmin etdiyimizdən əvvəl reallaşdı. Kuboku soruşursunuzsa, bunun üçün ən az üç ilimiz var».
Aysal komandanın Arda Turana marağına da aydınlıq gətirib: «Arda üçün hər kəsin bir gözləmə içində olması çox təbiidi. Ancaq bu mövsüm qətiliklə buraxmayacaqlarını bizə şəxsən Angel Gil söyləyib. Bu saatdan sonra Arda transferi olsa təəccüblü olar, olmazsa yox».

Aysalın Didye Droqba ilə bağlı planları belədir: «Droqbanın Londona gəlincə marağın üzərində olması qədər təbii bir şey ola bilməz. O, bir «Çelsi» əfsanəsidi. Ancaq eyni zamanda bütün dünya üçün mükəmməl bir nümunədi. «Qalatasaray»ı asanlıqla buraxıb getməz. Ondan çox məmnunuq. İdman direktor olaraqmı, yoxsa idarəçi olaraqmı faydalanacağıq, deyə bilmərəm. Amma önümüzdəki illərdə də bizimlə birgə olmasını istəyirəm. Bəlkə də məşqçilər sırasında olacaq və bir gün baş məşqçimiz də olacaq».

Xəbər 914 dəfə oxundu.