Azad Rəhimov Qəbələ şəhərində vətəndaşları qəbul edib
Gənclər və idman naziri Azad Rəhimov 5 iyul 2013-cü il tarixdə Qəbələ şəhərində vətəndaşları qəbul edib. İdman.com.az saytı xəbər verir ki, qəbulda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və İsmayıllı rayonlarının sakinləri iştirak ediblər.

Qəbul saat 11:00 -da Qəbələ Mədəniyyət Mərkəzində başlanıb. Görüşdə yuxarıda qeyd edilən şəhər və rayonlardan ümumilikdə 40 vətəndaş iştirak edib.

Müraciət edən vədəndaşlardan ən çoxu güzəştli ipoteka krediti almaq və idman sahəsində fəxri ad almaq üçün üçün kömək istəyib. Qalan vətəndaşlar isə rayonlarda gənclər mərkəzinin tikintisi, idman bölmələrinin açılması, zalların və meydançaların tikintisi xahişi ilə, gənclərlə iş sahəsində QHT yaradılmasına dəstək üçün, sahibkarlıq fəaliyyəti üçün güzəştli kredit almaq, işə düzəlmə və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.

Qəbulda Gənclər və İdman Nazirliyinin aparat rəhbəri və şöbə müdirləri də iştirak ediblər.

Vətəndaşların Gənclər və İdman Nazirliyinə aid olan müraciətlərindən bəziləri qəbul zamanı elə yerindəcə həllini tapıb. Nazir Azad Rəhimov digər məsələlərin Bakıda araşdırılaraq vətəndaşların müraciərlərinin müsbət həlli üçün müvafiq tapşırıqlar verib.

Qəbuldan sonra gənclər və idman naziri Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və İsmayıllı rayonlarının gənclər və idman idarələrinin rəisləri ilə də görüşərək onlara qəbulun yekunları ilə bağlı müvafiq tapşırqlar verib.

Daha sonra nazir Azad Rəhimov jurnalistlərin suallarını cavablandırıb.

Xəbər 1476 dəfə oxundu.