"Arsenal"ın futbolçusu "Roma"ya keçdi
"İtaliyanın A Seriyasında mübarizə aparan "Roma" klubu İngiltərə "Arsenal"ının Fildişi Sahilli oyunçusu Gervinyonu transfer edib. "Arsenal"a Fransanın "Lill" komandasından 2010-2011 mövsümündə keçən futbolçu Londonluların heyətində olduğu iki il ərzində 63 oyunda 11 qol vurub. 7 milyon funt sterlinqə reallaşan transferdə əsas diqqət çəkən məqam isə, "Roma"nın baş məşqçi si Rudi Qarsiyadır. Çünki,futbolçu "Lill" klubunda da məhz Qarsiyanın baş məşqçiliyi altında oynamışdı

Xəbər 892 dəfə oxundu.