“İnter”in futbolçusu klinikaya aparıldı
Premyer Liqanın I turunda “Qarabağ”ı qəbul edən “İnter”in futbolçusu Laşa Salukvadze ikinci hissədə zədə alaraq meydanı tərk etmişdi. Bu gün futbolçu klinikaya aparılıb.

Lakın ayağı şişdiyindən tibbi müayinədən keçə bilməyib. Salukvadzenin zədəsinin durumuna və nə vaxt meydana çıxacağına tibbi müayinədən sonra aydınlıq gələcək.

Xəbər 1026 dəfə oxundu.