"Real"dan Ronaldoya rekord təklif
Transfer rekordları qıran "Real" (Madrid) klubu daha bir ilkə imza atmağa hazırlaşır.

hücumçusu Kriştiano Ronaldonun uzun müddət komandada qalmasını istəyən klub onunla müqaviləni yeniləmək üçün futbolçuya rekord məbləğ təklif edəcək.

Belə ki, hazırda vergilərdə daxil olmaqla illik 15 milyon 500 min avro qazanan Ronaldonun maaşının Madrid klubu ikiqat artıracaq.
"Real" futbolçuya 31 milyon avro təklif edəcək.

Bu isə oyunçunun vergiləri çıxmaq şərti ilə 24 milyon avro qazanacağı deməkdir. Bu təklif reallaşacağı təqdirdə Ronaldo dünyanın ən çox qazanan futbolçusu olacaq.

Xəbər 889 dəfə oxundu.