Milli komandamız “Dinamo”ya qarşı
Dünəndən etibarən 19 yaşadək futbolçulardan ibarət yığmamızın Xorvatiyada təlim-məşq toplanışı başlayıb. Arif Əsədovun başçılıq etdiyi komandamız 3 yoxlama oyunu keçirəcək.

Əvvəlcədən bəlli olduğu kimi yığmamız avqustun 12-də Xorvatiya U-19-u ilə qarşılaşacaq. Bundan əvvəl isə komanda iki sınaq matçı keçirəcək. Avqustun 7-də Zaqreb “Dinamo”sunun əvəzediciləri ilə üz-üzə gələcək millimizin iki gün sonrakı rəqibi hələ bəlli deyil.

Xəbər 862 dəfə oxundu.