Fransa superkubokunun qalibi müəyyənləşdi
Fransada ölkə superkubokunun qalibi məlum olub.

Finalda son liqa çempionu PSJ ilə "Bordo" üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində gedən matçda qalib görüşün son dəqiqələrində müəyyənləşib. Belə ki, 90+5 dəqiqədə ikinci qolu vuran Paris təmsilçisi ölkə kubokuna sahib çıxıb.

Qeyd edək ki, oyunda qolları PSJ-dən Hervin Ondenqa və Aleks, "Bordo"dan isə Henri Sayvet vurub.

Xəbər 931 dəfə oxundu.