Qırğızıstanda “dostluq kuboku” turniri keçirilib
Qırğızıstanda 16 yaşadək futbolçular arasında “Dostluq Kuboku” turniri keçirilib.

Turnirdə iştirak edən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk oyununda Belarus komandası ilə qarşılaşıb.

Belaruslu həmyaşıdları ilə qarşılaşan futbolçularımız 5:3 hesabı ilə qələbə qazanıblar. Fərid Əsədlinin het-trik etdiyi oyunda Pilağa Mehdiyev və Adəm Əsgərov hərəyə bir dəfə fərqləniblər

Xəbər 1016 dəfə oxundu.