“Xəzər Lənkəran”da bu gün istirahət, sabah məşq
Dünən “Sumqayıt”la heç-heçə (1:1) oynayan “Xəzər Lənkəran”ın futbolçularına istirahət verilib. Komandanın bu gün məşqə çıxmayaraq dincəlməklə məşğul olacaq.

Con Toşak heyəti sabah bir araya gətirəcək. Səhər saatlarında Bakıda toplaşacaq “Xəzər Lənkəran”a yola düşəcək. Saat 18.00-da isə komandanın ilk məşqi baş tutacaq.

Xəbər 804 dəfə oxundu.