Ronaldo: "Mourinyonun dediklərinə əhəmiyyət vermirəm"
"Real"ın futbolçuusu Kriştiano Ronaldo sabiq baş məşqçisi Joze Mourinyonun onun haqqında səsləndirdiyi fikirə münasibət bildirib.

Portuqaliyalı hücumçu İspaniya mətbuatına müsahibəsində Mourinyonun "əsl Ronaldo braziliyalıdır" deməsinə belə cavab verib: "Həyatda bəzən cavab verilməyə layiq olmayan şərhlər var. Bu səbəbdən də onun dediklərinə əhəmiyyət vermirəm. Mən hər zaman çalışdığım məşqçilərə hörmət etmişəm və onlardan yeni şeylər öyrənmək istəmişəm" - deyə Ronaldo bildirib.

Xəbər 821 dəfə oxundu.