Neymar qan azlığından əziyyət çəkir
"Barselona"nın futbolçusu Neymar yeni mövsümə hazırlıqlar zamanı xəstəliyə tutulub.

Braziliyalı hücumçunun anemiya (qan azlığı) xəstəsi olduğu bildirilib. Ancaq bu xəstəliyin oyunçunun məşqlərə çıxmasına və komanda ilə çalışmasına bir problem yaratmadığı qeyd edilir. Neymarın yeni mövsüm öncəsi komanda ilə birgə Asiya turuna gedəcəyi açıqlanıb.

Qeyd edək ki, bundan əvvəl Neymar boğazında problem olduğu üçün əməliyyat olunmuşdu.

Xəbər 943 dəfə oxundu.