“Qarabağ” bu gün “Brügge” səddini aşacaqmı?

Bu gün Avroliqada III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. İdman.com.az saytının məlumatına görə, turnirdəki yeganə təmsilçimiz “Qarabağ” Belçikanın ən titullu komandalarından sayılan “Brügge”nin qonağı olacaq. Rəqib də Ağdam klubu kimi ötən mövsüm öz çempionatının bürünc medalçısı olub. “Qarabağ” cari mövsümdə III mərhələdə də ilk oyununu rəqib meydanında keçirəcək. “Ağ-göylər” bundan əvvəl “Banqa” (Litva) və “Streymur” (Farer adaları) ilə səfər görüşlərində lazımı nəticə qazanaraq, məhz bunun sayəsində mərhələ adladı.

Xəbər 920 dəfə oxundu.