Mourinyo: "Real" klubu siyasət yeridir"
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo sabiq klubu "Real" (Madrid) haqqında açıqlamalar verməyə davam edir.

"ESPN"ə müsahibəsində portuqaliyalı mütəxəssis Madrid klubunun sadəcə futbol klubu olmadığını deyib:

"Real" xüsusi bir klubdur. Amma sadəcə futbol komandası deyil. Bir siyasət yeridir. Klubun içində sadəcə futbol və idman yoxdur. Ətrafında bir çox şey dönür".

"Real"dakı əldə etdiyi uğurları da dəyərləndirən Mourinyo bildirib: "İkinci mövsümdə 100 xal yığıb 121 qol vuraraq İspaniya tarixinin ən yaxşısı olduq. Son mövsümümdə isə işlərim o qədər də pis deyildi. "Kral kuboku"nda uduzsaq belə, final oynadıq. Çempionlar Liqasında yarımfinala yüksəldik. Amma mövsümü kuboksuz bitirmək mənim üçün yetərli deyildi".

Xəbər 924 dəfə oxundu.