Tsxadadze yenə transfer istədi
“İnter”in baş məşqçisi Kaxaber Tsxadadze “Qarabağ”la oyunla bağlı fikirlərini bildirib. Gürcü mütəxəssis yeni transferlər istəyib:

“Əla oyun oldu, iki yaxşı komanda qarşılaşdı. Bu cür oyunla məğlub olmamalı idik. “Qarabağ”ın ustalıq səviyyəsi bizdən üstün oldu. Sanki, son ötürmələri verə bilmirdik. Yeni transferlərlə güclənməliyik. Xüsusən də hücum xəttində. Bəzi oyunçularla danışıqlarda şəxsən özüm iştirak edirəm. Ümid edirəm ki, alınacaq”.

Xəbər 908 dəfə oxundu.