İngilislər “Barselona”lıdan əl çəkdi
İngiltərənin “Mançester Yunayted” klubu “Barselona”nın yarımmüdafiəçisi Sesk Fabreqasın transferindən imtina edib. Bu barədə Kataloniya klubunun idman direktoru Andoni Zubizareta açıqlama verib.

Klub rəsmisi daha öncə Fabreqas üçün 3 dəfə “Barselona”ya müraciət edən “Mançester Yunayted”in artıq bu istəyindən vaz keçdiyini bildirib: “Fabreqasa güvənirik və onun komandada olduğu üçün çox xoşbəxtik. “Mançester Yunayted” bunu anladı və bir daha Fabreqas üçün bizə müraciət etməyəcək”.

Xəbər 823 dəfə oxundu.