"Real"ın futbolçusu "Tottenhem"i arzulayır
"Real" (Madrid) klubundan ayrılacağı gözlənilən müdafiəçi Fabio Koentrau çıxış etmək istədiyi komandanın adını açıqlayıb.

Portuqaliyalı futbolçu həmyerlisi Andre Villaş Boaşın çalışdırdığı İngiltərənin "Tottenhem" klubunda oynamaq istədiyini bildirib:

Madrid klubu Koentraunun təzminat qiymətini 25 milyon avro olaraq müəyyənləşdirib. Lakin London təmsilçisi bu məbləği ödəmək niyyətində deyil.

Qeyd edək ki, 25 yaşlı futbolçu ötən mövsüm "Real"ın heyətində 30 oyun keçirib və bir qola imza atıb.

Xəbər 975 dəfə oxundu.