"Qarabağ"ın rəqibi ölkə çempionatında heç-heçə edib
"Gefle" 34 gündə 15 qol vurub

Stresli həftələr keçirən Gevle klubu, bu gün yerli çempionatda (Allsveniska) növbəti sınağına çıxıb və sahədən 1:1 hesablı bərabərliklə ayrılıb. "Gefle"nin rəqibi çempionatın 7-ci pilləsində qərarlaşan "Otvidaberg"klubu olub.

Matçdan sonra jurnalistlərin qarşısına çıxan baş məşqçi Pelle Ollson oyunu dəyərləndirərkən, "uğursuz gün" keçirdiyini bildirib.

"Qarabağ"ın rəqibi "Gefle" klubunun həm ölkə, həm də Avropa Lliqası çərçivəsində keçirilmiş görüşlərdə 15 qol vurarkən, qapısından da 14 qol buraxıb. Son 34 günlük nəticələr aşağıdakı kimidir:

02.07.2013 "Trans Narva" (Estoniya) - "Gefle" 3:0
07.07.2013 "Malmö" (İsveç) - "Gefle" 3:1
11.07.2013 "Gefle" - "Trans Narva" (Estoniya) 5:1
14.07.2013 "Gefle" - "Norrköping" (İsveç) 2:2
18.07.2013 "Anorthosis" (Kipr) - "Gefle" 3:0
25.07.2013 "Gefle" - "Anorthosis" 4:0
28.07.2013 "Gefle" - "Malmö" 2:0
01.08.2013 "Qarabağ" - "Gefle" 1:0
04.08.2013 "Otvidaberg" (İsveç) - "Gefle" 1:1

Mansur Dadaşov, Stokholm
Xüsusi olaraq idman.com.az üçün

Xəbər 1149 dəfə oxundu.