Milli komandamıza rəqibləri Ronaldo seçəcək

Azərbaycan yığmasının 2014-cü ildə dünya çempionatının seçmə mərhələsində taleyini Ronaldo müəyyənləşdirəcək. İdman.com.az saytının məlumatına görə, iyulun 30-da Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək püşk zamanı Avropa zonasından səbətdən şarları “Yekədiş” ləqəbi ilə tanınan 35 yaşlı hücumçu və “Flamenqo” klubunun 16 yaşlı yarımmüdafiəçisi Adrian çıxaracaqlar.
Tədbir Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və püşkatma 30 dəqiqə çəkəcək.
Avropada 53 yığma 9 qrupa bölünəcək. Milli komandamız FİFA-nın son reytinqinə görə V səbətdə yer alıb. Seçmə mərhələ gələn ilin sentyabrın 7-də start götürəcək və 2013-cü ilin noyabrın 19-da yekunlaşacaq. Braziliyada final mərhələsi 2014-cü ildə iyunun 12-dən iyulun 13-dək keçiriləcək.

Xəbər 1353 dəfə oxundu.