Ağdam klubundan yenə əzmkar qələbə
Bu gün keçirilmiş 2 maçtla Topaz Premyer Liqasının cari mövsümünun I turu başa çatıb. İdman.com.az saytı xəbər verir ki, son oyun günündə meydan sahibləri hesabı açsalar da, üstünlüyü axıraradək qoruya bilməyiblər.

Doğma divarlar arasında son zamanlar zəif təsir bağışlayan “Xəzər Lənkəran”ı qəbul edən “Sumqayıt”a, braziliyalı hücumçusu Junior Nildonun qolu qələbə qazanmağa imkan verməyib – 1:1.

“Şəfa” stadionunda Avroliqada parlaq çıxışi ilə yadda qalan “Qarabağ” klubu ilə qarşılaşan Bakı “İnter”i fəal görünsə də, sevinən tərəf qonaqlar olublar. Əzmkar oyun yenə “ağlar”a meydanı başıuca tərk etməyə kömək edib.

Topaz Premyer Liqası
I tur, 4 avqust

“İnter” – “Qarabağ” - 1:2
Qol: Vaqif Cavadov, 7 - Marinaldo da Silva, 37; Corc Leroy, 57

“Sumqayıt” – “Xəzər Lənkəran” - 1:1
Qol: Vüqar Əsgərov, 42 - Junior Nildo, 67

Xəbər 832 dəfə oxundu.