"Qarabağ" leysan yağışı altında oynamalı olacaq
Sundusvalda hava 8 avqust günü yağışlı keçəcək, hərarət 10-11º aşağı düşəcək. İdman.com.az saytı İsveçdə yaşayan əməkdaşına istinadən xəbər verir ki, son həftələri günəşli və ortalama 23º isti keçən hava şəraiti, Sundusvalda 7 avqust tarixinə qədər davam edəcək.

Sinoptiklərin verdiyi məlumata əsasən, 8 avqust, səhər saatlarından etibarən günəşli keçən havanı, yağışlar əvəzləyəcək. Nahar saatlarından etibarən başlayacaq leysan yağışları, Avroliqanın 3-cü təsnifat mərhələsində "Gefle" - "Qarabağ" arasında cavab qarşılaşması saatlarında da davam edəcək.

Xəbər 1318 dəfə oxundu.